Liseydə təhsil

 

 

İdrak Liseyində təhsil 3 pillədən – ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) ibarətdir. Eyni zamanda liseyimizdə məktəbəqədər təhsil tədris olunur. Liseydə tədris 3 – Azərbaycan, rus, ingilis dilində (IB təhsil proqramı) təşkil olunur.

Burada tədris materialının şagirdə effektli ötürülməsi üçün yüksək səviyyəli pedaqoji heyət cəlb etməklə əlverişli tədris şəraiti yaradılıb. Pedaqoji heyətin fəaliyyətinə düzgün və ardıcıl nəzarət mexanizmi mövcuddur. Bununla aidiyyəti şöbələr və departamentlər məşğul olur. Hər bir şagirdə fərdi yanaşmanın təmin edilməsi məqsədilə fənn müəllimləri tərəfindən şagirdlərin təlim fəaliyyətinin izlənilməsi ilə yanaşı tədris ili ərzində bir neçə dəfə Monitorinq və qiymətləndirmə departamenti tərəfindən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir. 

Eyni zamanda şagirdlərin müxtəlif fənlərdən qazandıqları biliklərin nümayiş etdirilməsi üçün fənn olimpiadaları, bilik yarışları, təqdimat-dərslər, sərgilər təşkil edilir. Məktəbdə şagirdlərin öz hüquqlarını anlaması, fikirlərini sərbəst ifadə etməsi üçün açıq və işgüzar mühit hökm sürür. Burada şagird-müəllim, müəllim-şagird-valideyn birliyi tədrisin və təhsilin keyfiyyətində özünü göstərir.

Məktəbəqədər təhsil

Məktəbəqədər təhsil ölkəmizin fasiləsiz təhsil sisteminin ilk pilləsidir. Bu təhsil fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil- məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına hərtərəfli xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəldilmiş bütöv bir prosesdir. Bu proses zamanı uşaqların yaradıcı potensialı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, şəxsi sağlamlığın qorunmasına münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşmasının əsası qoyulur.  Hərtərəfli inkişaf etmiş gələcək vətəndaşın formalaşmasından ötrü müvafiq şəraitin təşkili məhz məktəbəqədər təhsilin hədəflərindən biridir.   Məktəbəqədər təhsil pilləsində aşağıdakı fənlər tədris olunur: 1. Məntiqi və riyazi təfəkkürün inkişafı 2. Savad təliminə hazırlıq və nitq inkişafı 3. Ətraf aləmlə tanışlıq 4. Bədii təfəkkürün inkişafı 5. Xarici dil ( ingilis dili ) 6. Azərbaycan dili ( dövlət dili kimi ) 7. İnformatika 8. Təsviri fəaliyyət 9. Fiziki mədəniyyət 10. Musiqi Liseydə məktəbəqədər təhsil pilləsində bütün dərslərin tədrisində elektron resurslardan geniş istifadə olunur. Qeyd edək ki, məktəbəqədər müəssisələrdə pedaqoji fəaliyyətin  istiqaməti proqram-metodik təminatla bağlıdır. Liseydə bu məsələnin tamlığına xüsusi diqqət yetirilir. Məktəbəqədər təhsilin məqsədi uşaqlarda elmi biliyə maraq və gələcəkdə məktəblərdə keçirilən fənlərə həvəs oyatmaqdır. Bu təhsil pilləsində uşaqlar peşəkar müəllimlər  tərəfindən müxtəlif məşğələlərə cəlb edilir. Liseydə uşaqların öz qabiliyyətinə , yaş səviyyəsinə uyğun olan özəl pedaqoji yanaşma müşahidə olunur. Strategiyaların müxtəlifliyi isə təlimi rəngarəng edir.

Ümumi orta və tam təhsil

Liseyimizdə orta təhsil milli və beynəlxalq tədris ənənələri əsasında, həmçinin müasir təlim metodlarını tətbiq etməklə aparılır. Orta təhsilin məqsədi şagirdlərdə kommunikativ bacarıqların, şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılmasını, idraki fəallığın gücləndirilməsini təmin etməkdir. Bundan başqa orta təhsil pilləsində şagirdlər Azərbaycanın və digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti, təbiəti, sosial-iqtisadi imkanları və inkişafı, ayrı – ayrı ölkələrin bəşəri sivilizasiyasının yaranmasındakı rolu haqqında məlumatlara malik olmaq imkanı qazanırlar. Belə ki, bütün əsas fənlər üzrə mükəmməl şəkildə tərtib edilmiş və gücləndirilmiş tədris proqramları əsasında dərslər keçirilir. İl ərzində bir neçə dəfə diaqnostik (ilin əvvəlində), formativ və summativ yoxlamalar keçirilir. Yoxlamalar beynəlxalq və milli qiymətləndirmə meyarlarına əsasən aparılır. Orta təhsildən tam orta təhsilə keçid mərhələsi olan 9–cu sinif şagirdlərinin buraxılış imtahanlarında uğur qazanması üçün  ana dili, riyaziyyat və ingilis dilindən əlavə məşğələlər keçirilir. Tam orta təhsildə məqsəd isə ali məktəbə hazırlığın yüksək səviyyəsində keçirilməsidir. Təmayül fənləri üzrə tərtib edilmiş tədris planı əsasında təşkil edilən bu yanaşma şagirdlərə peşə seçimində vacib olan fənlərin daha dərindən öyrənilməsi üçün əlverişli imkan yaradır.
site.ai_advisor site.ai_advisor

site.your_advisor

site.always_active

Salamlar! 👋 Sizə necə kömək edə bilərəm?
website.virtual_tour_modal_title

website.virtual_tour_loading