Burada şagirdlərin bacarıq və qabiliyyətlərinin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılmışdır. Liseydə tədris materiallarının şagirdə effektiv ötürülməsi üçün yüksək səviyyəli pedaqoji heyət cəlb etməklə əlverişli tədris şəraiti yaradılıb. Pedaqoji heyətinin fəaliyyətinə düzgün və ardıcıl nəzarət mexanizmi mövcuddur. Bununla aidiyyəti şöbələr və departamentlər məşğul olur. Tədris prosesinin təşkili keyfiyyətinin ölçülməsi və daima inkişafı məqsədilə liseydə müntəzam olaraq monitorinq qiymətləndirilməsi keçirilir.
Bunda başqa, Monitorinq və qiymətləndirmə departamenti tərəfindən il boyu şagirdlərin biliyinin yoxlanılması və yekun biliklərin möhkəmləndirilməsi ilə əlaqədar hər ayın sonunda əsas fənlər üzrə sınaq imtahanları təşkil olunur. Liseydə şagirdlərin, həmçinin məzunların karyera və təhsil istiqamətləndirilməsində qabaqcıl və müntəzam rolu olan Beynəlxalq əlaqələr, karyera və inkişaf departamenti beynəlxalq hədəfləri nəzərə almaqla xarici universitetlərlə şagird mübadiləsi, birgə layihələrin həyata keçirilməsi ilə məşğul olur. Bu departamentin əsas məqsədi Avropa Birliyi təhsil siyasətlərinə və Bolonya prosesinə daxil olmaqla bütün dünya universitetlərinə şagird qəbulunu daha əlçatan etməkdir.
site.always_active