Niyə İdrak Liseyi?

İdrak Liseyi müasir təhsil standartlarını milli dəyərlər və beynəlxalq təcrübə ilə birləşdirən qabaqcıl təhsil müəssisəsidir. Liseydə tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir. Bu çoxdilli təhsil mühiti şagirdlərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların müxtəlif mədəniyyətləri tanımasına, dünyagörüşünün genişlənməsinə və beynəlxalq akademik mühitə daha yaxşı uyğunlaşmasına imkan yaradır.

Təhsil prosesində nüfuzlu Beynəlxalq Bakalavr (IB) proqramının prinsipləri əsas götürülür. Bu proqram şagirdlərdə yalnız akademik biliklərin formalaşdırılmasına deyil, həm də tənqidi və yaradıcı təfəkkürün, araşdırma, təhlil, problem həll etmə və müstəqil qərarvermə bacarıqlarının inkişafına xidmət edir. Tədrisin yerli və xarici mütəxəssislər tərəfindən təşkil edilməsi şagirdlərə müxtəlif pedaqoji yanaşmalardan faydalanmaq və keyfiyyətli təhsil almaq imkanı verir.

Liseydə keçirilən STEAM və robototexnika dərsləri şagirdlərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə nəzəri biliklərini praktiki fəaliyyətlə əlaqələndirməsinə şərait yaradır. İnnovativ təlim üsulları uşaqlarda texnoloji savadlılığı, məntiqi düşüncəni, layihə hazırlamaq və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirir.

İdrak Liseyinin respublikada ilk və yeganə “E-dərs” layihəsinin müəllifi olması onun təhsil sahəsində yenilikçi mövqeyini nümayiş etdirir. Müasir texnologiyaların tədris prosesinə məqsədyönlü şəkildə inteqrasiyası dərslərin daha interaktiv, əlçatan və səmərəli təşkilinə imkan verir. Liseyin şagirdlərinin hər il qəbul imtahanlarında göstərdikləri 100 faiz nəticə isə tətbiq edilən təhsil modelinin, peşəkar müəllim heyətinin və sistemli akademik hazırlığın uğurlu göstəricisidir. Bütün bunlar İdrak Liseyini yüksək akademik biliklərə, müasir bacarıqlara və geniş dünyagörüşünə malik şəxsiyyətlərin yetişdirildiyi nüfuzlu təhsil ocağına çevirir.

Sən oxuma, dinlə

Sən özünü yorma, süni intellekt sənin üçün səsləndirsin.

00:00:00
website.content.ai_advisor website.content.ai_advisor

website.content.your_advisor

website.content.always_active

Salamlar! 👋 Sizə necə kömək edə bilərəm?
website.virtual_tour_modal_title

website.virtual_tour_loading