IB QLOBAL GƏNCLƏR FƏALİYYƏT FONDU PROQRAMININ QALİBLƏRİ

00:00:00

Oxumayın, dinləyin

Süni intellekt səsli mətninin açıqlaması

İntellektual və Yaradıcı Yarışlar April 28, 2026 • 10 mins • 0 baxış

IB QLOBAL GƏNCLƏR FƏALİYYƏT FONDU PROQRAMININ QALİBLƏRİ

Azərbaycandan ilk dəfə olaraq İdrak Liseyi şagirdləri IB Global Youth Action Fund (GYAF) proqramının qalibləri seçiliblər

İdrak Liseyinin IB DP şagirdləri Raul Quliyev və Anar Allahverdi 2026-cı il üçün IB Qlobal Gənclər Fəaliyyət Fondu (GYAF) proqramının qalibləri seçilərək “Moving Library” layihəsi üçün 1300 ABŞ dollarınadək qrant qazanıblar.

Layihə aztəminatlı şagirdlərin kitablara çıxışını artırmağı və mobil kitabxana vasitəsilə oxu mədəniyyətini inkişaf etdirməyi hədəfləyir. Bu çərçivədə məktəblərə kitablar çatdırılacaq və interaktiv oxu sessiyaları keçiriləcək.

GYAF dünyanın ən böyük gənclər qrant proqramlarından biridir — 2026-cı ildə 40+ ölkədən 1100-dən çox müraciət arasından 110 layihə seçilib.

Qeyd edək ki, Azərbaycan bu proqram üzrə ilk dəfə qalib ölkələr sırasında yer alır.

“Moving Library” layihəsi BMT-nin SDG 4 – Keyfiyyətli Təhsil məqsədinə töhfə verərək şagirdlərin oxu bacarıqlarını və dünyagörüşünü inkişaf etdirməyə xidmət edir.

Süni intellekt məsləhətçisi Süni intellekt məsləhətçisi

Məsləhətçiniz

Həmişə aktiv

Salamlar! 👋 Sizə necə kömək edə bilərəm?
website.virtual_tour_modal_title

website.virtual_tour_loading